Mixail Saakaşvili İlham Əliyevin qətiyyətindən yazdı
Gürcüstanın sabiq prezident Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
BAKU.WS Oxu.az- istinadən xəbər verir ki, Saakaşvili bu barədə "Facebook" səhifəsində yazıb.
"Həbsxana qrafiki səbəbindən yalnız bu gün, gecikmə ilə, Azərbaycan mülki təyyarəsinin qəzası ilə bağlı başsağlığı verə bilirəm. Həlak olanların ailələrinin kədərini bölüşür və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Prezident İlham Əliyevin hərəkətlərinə heyranlığımı bildirməyə bilmərəm. O, prinsipial mövqe tutaraq, ən yüksək ləyaqət nümayiş etdirərək və xalqının əsl lideri kimi davranaraq, bütün həqiqəti söylədi", - deyə Mixail Saakaşvili bildirib.
Oxşar xəbərlər
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Bi...