SOCAR və Şri-Lanka şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə olunub
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
BAKU.WS bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, şirkətin prezidenti Rövşən Nəcəf Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat ilə görüş keçirib.
Görüşdə nazirə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələri, SOCAR-ın çoxşaxəli fəaliyyəti və uzunmüddətli strateji hədəfləri barədə məlumat verilib. Şirkətin Azərbaycanda və digər ölkələrdə həyata keçirdiyi layihələrdən, əldə etdiyi nailiyyətlərdən bəhs olunub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan banklarında işsizlikdən sığortanın təklif edilməsi məcburi olacaq
Azərbaycan bankları müştərilərinə işsizlikdən sığorta xidmətini məcburi qaydada təqdim edəcək. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəz...