8 Noyabr-da yolu bağlayan yük maşını ərazidən aparıldı

8 Noyabr-da yolu bağlayan yük maşını ərazidən aparıldı
Video
Hadisə 104

Bakıda 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində hərəkətin məhdudlaşmasına səbəb olan texniki nasazlığı yaranmış yük avtomobili polis əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ərazidən kənarlaşdırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Hazırda qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.

***12:13

Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkət hissəsində qalıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, nəticədə prospektdən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.

Hazırda polis tərəfindən zəruri işlər görülür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər