Azərbaycan BMT-ni mina təhlükəsi və itkin düşmüş şəxslər məsələsini diqqətdə saxlamağa çağırıb
BMT Baş Assambleyasının III komitəsi çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı ilə interaktiv dialoq zamanı Azərbaycan bütün insan hüquqlarının, o cümlədən mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların, eləcə də inkişaf hüququnun – bir-birindən asılı olması və bir-birini qarşılıqlı şəkildə gücləndirməsi barədə qəti inamını ifadə edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki nümayəndəliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanın bərpa və yenidənqurma səylərinə geniş yayılmış mina və digər partlayıcı qurğuların mövcudluğu ciddi maneə yaradır. Belə ki, bu təhlükələr mülki əhalinin həlak olmasına və xəsarət almasına səbəb olur.
Bildirilib ki, Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınan 4 mindən çox insanın taleyi həllini gözləyən ciddi humanitar problem olaraq qalır.
Azərbaycan BMT-nin insan hüquqları mexanizmlərini və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını mina təhlükəsi və itkin düşmüş şəxslərlə bağlı, minlərlə insana təsir edən bu ciddi insan hüquqları məsələlərini gündəlikdə yüksək səviyyədə saxlamağa çağırıb.
Həmçinin müvafiq qurumlarla bu məsələlərin lazımi səviyyədə müzakirəyə çıxarılması və onların həlli istiqamətində real əməkdaşlığın təşviq edilməsi vacib sayılıb.
During the interactive dialogue with the United Nations High Commissioner for Human Rights at the #3C of the #UNGA, #Azerbaijan shared its firm conviction that all human rights, including civil, political, economic, social and cultural rights, as well as the right to development, are interdependent and mutually reinforcing. It was highlighted that the recovery efforts of #Azerbaijan in the post-conflict period are seriously hampered by the widespread presence of landmines and other explosive devices, killing and injuring civilians. The statement also stressed that the issue of over 4000 persons registered as missing due to the former conflict remained an outstanding humanitarian problem. #Azerbaijan called on the #UN human rights mechanisms and the #OHCHR to keep these grave human rights concerns, which affect thousands of people, high on the agenda, to raise them appropriately with the relevant authorities, and to urge meaningful cooperation.
— Azerbaijan UN 🇦🇿 (@AzmissionUN) October 14, 2026
Oxşar xəbərlər
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək...