Hövsanda 10 nəfər məktəb mühafizəçisinə hücum etdi - Həbs olunanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb.
Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb.
Nəticədə 10-a yaxın şəxs mühafizəçiyə hücum edərək ona ağır xəsarətlər yetirib.
Başından xəsarət alan mühafizəçinin şəhər xəstəxanalarından birinə çatdırıldığı və əməliyyat olunduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Əldə etdiyimiz məlumata görə, əməli törədən iki nəfər polis tərəfindən müəyyən olunaraq həbs edilib.
Oxşar xəbərlər
Azərbaycanda dəhşətli hadisə: İki nəfər minaya düşdü
Azərbaycanda iki nəfər minaya düşüb. Onlardan biri həlak olub, digəri isə yaralanıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ceyrançöl adlanan ərazidə...