AQEM-in VII Zirvə görüşündə nələr müzakirə ediləcək?
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə görüşü keçirilir.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, Azərbaycanın sədrliyi ilə keçirilən sammitdə regional təhlükəsizlik, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Asiya ölkələri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunur.
Azərbaycan 2024-cü ilin may ayından etibarən təşkilata "Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf" konsepsiyası ilə sədrlik edir.
Zirvə görüşündə üzv dövlətlər arasında əməkdaşlığın gələcək prioritetləri, təşkilatın institusional inkişafı və regional məsələlər diqqət mərkəzindədir.
Tədbirin yekununda qəbul ediləcək sənədlərin Asiyada təhlükəsizlik, sabitlik və etimad mühitinin gücləndirilməsinə töhfə verməsi gözlənilir.
Qeyd edək ki, AQEM-in yaradılması təşəbbüsü 1992-ci il oktyabrın 5-də Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyasında irəli sürülüb. Azərbaycanın da təsisçi üzvlər sırasında yer aldığı təşkilata ölkəmiz 1999-cu ildə üzv olub. Hazırda AQEM-in 28 üzv dövləti var. Laosun üzvlüyünün təsdiqlənməsi ilə bu sayın 29-a çatacağı gözlənilir.
Oxşar xəbərlər
İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır
Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. BAKU.WS xəbər v...