İtaliya hərbçiləri Azərbaycana səfər edib
Bakıda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən, "Axtarış və xilasetmə sahəsində ekspert görüşü" keçirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə iştirak etmək üçün İtaliya Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu Azərbaycana səfər edib.
Səfər çərçivəsində qonaqlar Azərbaycan Hərbi Hava Qüvvələrinin bazasını ziyarət edərək silahlanmada olan aviasiya vasitələri, uçuş avadanlıqları, eləcə də şəxsi heyətin gündəlik fəaliyyəti və xidmət şəraiti ilə tanış olublar.
Oxşar xəbərlər
Ceyhun Bayramov çinli həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın sədrliyi ilə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yeddinci Zirvə...