Mixail Qusman: Bakıya "Qəhrəman şəhər" statusu verilsin! - TƏKLİF

Mixail Qusman: Bakıya Qəhrəman şəhər statusu verilsin! - TƏKLİF
Siyasət 1217
Bakıya "Qəhrəman şəhər" satutusu verilsin.BAKU.WS xəbər verir ki, bu təkliflə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu məzunlarının Daşkənddə keçirilən Beynəlxalq forumunda TASS informasiya agentliyinin rəhbəri Mixail Qusman çıxış edib. "Qəhərəman şəhərlər var. Böyük Vətən Müharibəsində qələbəyə bu şəhərlərin tövhəsini layiqincə qiymətləndirmək lazımdır. Təklif edirəm ki, Bakı və Daşkəndə "Qəhrəman şəhər" statusu verilsin. Mən bilmirəm təklif necə dəyərləndiriləcək, amma hesab edirəm ki, bu şəhərlər bu ada layiqdirlər”, - deyə Qusman əlavə edib.O, Bakının adını təsadüfən çəkmədiyini bildirib. Çünki bu şəhər faşizmin məğlub edilməsində əvəzsiz rol oynayıb. Bakı nefti sovet texnikasının yanacaq ehtiyacının 85%-ni ödəyib.

Son xəbərlər