Misir Rusiyanın köməyi ilə atom elektrik stansiyası tikir
20
iyl
2022
23:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın iştirakı ilə çərşənbə günü Misirin ilk atom elektrik stansiyası olan “El Dabaa”nın tikintisinə başlanılıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə “Rosatom” dövlət korporasiyası məlumat yayıb.
İlk betonun tökülməsi ilə tikinti meydançasında təntənəli mərasim keçirilib.
“Biz beton tökməyə başladıq”, - deyə “Rosatom” bildirib.
Atom elektrik stansiyası Qahirədən 350 km aralıda, Aralıq dənizi sahilindəki Matruh bölgəsində yerləşir. O, Rusiyanın VVER-1200 reaktorlarından ibarət dörd enerji blokundan təşkil olunacaq.
Oxşar xəbərlər
Ermənistanın region üçün qurduğu "saatlı bomba" - Dəhşət yaşana bilər
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası Ümumi Sədr müavini, Iğdır Azərbaycan evi Dərnəyi Sədri, jurnalist Serdar Ünsal Ermənistanda yerləşən Metsamor...