Milli Müdafiə Universitetində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib
Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Azərbaycanda səfərdə olan Türkiyənin Müdafiə Sənayesi Direktorluğunun Müdafiə Sənayesi Akademiyasının sədri professor Cenk Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Türkiyə nümayəndə heyətinə Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların müsbət nəticələri barədə ətraflı məlumat verilib.
Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Qalereya
Oxşar xəbərlər
Niderlandda ermənipərəst siyasətçi qadın təhdidlərə görə təhlükəsiz yerə təxliyə edilib
Hakim koalisiyada olan Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının lideri Dilan Yeşilgöz Amsterdamdakı evinin yaxınlığında şübhəli vəziyyət barədə məlumatı...