Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bununla bağlı yaxın günlərdə deputatlar parlamentin sədrinə müraciət edəcəklər.
Növbədənkənar sessiyanın iyun ayında keçirilməsi planlaşdırılır.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə Milli Məclis öz iclaslarını keçirir, komitə və komissiyaların iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.
Qeyd edək ki, parlamentin yaz sessiyası mayın 31-də başa çatır.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...
