Məşhurlar Zəhraya görə kamera qarşısına keçdi (VİDEO)

Məşhurlar Zəhraya görə kamera qarşısına keçdi (VİDEO)
Video
Siyasət 3950

İylun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilən 18 aylıq Zəhra Quliyeva ilə bağlı yeni videoçarx hazırlanıb.

BAKU.WS-in məlumatına görə, Azərbaycanın tanınmış simaları prezident İlham Əliyevin qızı, heydər Əliyev Fondunun vitse-prezidentiLeyla Əliyevanın Zəhra üçün yazdığışeiri səsləndiriblər.

Şeiri xalq artisti Həmidə Ömərova, iki qat dünya, 6 qat Avropa çempionu İlham Zəkiyev, əməkdar artistlər Cabir İmanov, Vəfa Zeynalova, aktyor Fərda Xudaverdiyev, rəqqasə Oksana Rəsulova və digərləri səsləndirib.

Xatıdladaq ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı yaralanıb.

BAKU.WS

Oxşar xəbərlər

İranda 2 yaşlı Zəhraya görə böyük kampaniya başladıldı

İranda 2 yaşlı Zəhraya görə böyük kampaniya başladıldı

İranda Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyeva və mülki şəxslərə qarşı törədilmiş cinayətləri...

2380 Sosial 13:14 09 iyul 2017

Son xəbərlər