"Meydan TV" faş oldu: "Azad media"nın payızı
"Qərb Gürcüstanda qarışıqlıq yaratmaq mexanizmlərini işə salıb".
Bu barədə Baku TV-nin reportajında deyilir.
"Onlar çox istəyirdi ki, Azərbaycanda da eyni hadisələr baş versin. Ona görə də müxtəlif media layihələrini bu səbəbdən dəstəkləyirdi. Buna isə Azərbaycan dövləti heç vaxt imkan verməyəcək" - reportajda deyilir.
Qeyd olunur ki, bir müddət əvvəl Azərbaycanda Qərb şəbəkəsinin qeyri-qanuni fəaliyyəti ifşa olunub.
"İfşa prosesi hələ də davam etməkdədir. Bu prosesdə xüsusi canfəşanlıq göstərənlərdən biri də "Meydan TV"dir. Onu Qərb dairələrinin ən çox nüfuz etdiyi media orqanı adlandıra bilərik".
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sosial şəbəkə hesablarında 27 Sentyabr - Anım Günü ilə əlaqədar foto paylaşılıb....