Mətbuat Şurasında bələdiyyə seçkiləri ilə bağlı yaradılmış "qaynar xətt" fəaliyyətini yekunlaşdırıb
29
yan
2025
20:00
Mətbuat Şurasında bələdiyyə seçkiləri ilə bağlı yaradılmış "qaynar xətt" fəaliyyətini yekunlaşdırıb.
Bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, bu gün saat 19.00-dək bələdiyyə seçkiləri ilə bağlı Mətbuat Şurasının "qaynar xətt" rejimində fəaliyyət göstərən mobil və şəhər telefon nömrələrinə prosesi işıqlandıran jurnalistlər tərəfindən heç bir zəng daxil olmayıb.
Qeyd edək ki, jurnalistlər qeyd edilmiş nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanına malik olublar.
Oxşar xəbərlər
Viktor Yuşşenko Ukraynaya dəstəyə görə İlham Əliyevə təşəkkür edib
Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko Ukraynaya dəstəyə, humanitar yardıma, ukraynalı uşaqların reabilitasiya proqramlarına və ölkənin suverenliyinə, əraz...