Məşhur professor ağlayaraq şəhərlərin adını açıqladı - 7 baldan yuxarı ZƏLZƏLƏ olacaq
Seysmoloq, professor Naci Görür Türkiyədə seysmoloji vəziyyətlə bağlı danışarkən göz yaşlarına hakim ola bilməyib.
BAKU.WS xəbər verir ki, o, dünən İstanbul da daxil olmaqla bir neçə rayon və şəhərlərdə hiss edilən 5.1 ballıq zəlzələ ilə bağlı açıqlamalar verib.
Candaş Tolqa Işığın verilişində qonaq olan Naci Görür, Kahramanmaraş zəlzələsindən əvvəl də xəbərdarlıqlar etdiyini xatırladıb. O, bildirib ki, tədbir görülməsə, 18 vilayətin taleyi Kahramanmaraş və Hatay kimi olacaq:
"18 vilayət və bir çox rayon fay xətləri üzərində yerləşir. Bunlardan biri Maraş və Hatay idi. İndi onlar getdi. Fay xəttində yaşayan vilayətlərin taleyi Maraş və Hatay kimi olacaq".
Naci Görürün 7 və ya daha çox bal gücündə zəlzələ gözlədiyi 18 rayon və şəhə bunlardır: "Eskişehir, Dənizli, Muğla, Ərzincan, Kayseri, Şile, Kahramanmaraş, Hatay, Kocaeli, Osmaniye, Bingöl, Konya, Ərzurum, Aydın, Balıkesir, Burdur, Manisa, Hakkari".
"Bu fay Şimali Anadolu fayının cənub qolunun bir hissəsidir. Cənub qolu yavaş-yavaş hərəkət edən ancaq gərginlik toplayan faydır. 1999-cu il zəlzələləri zamanı enerji itirdi. İndi şimal qolunda zəlzələni gözləyirik. Hazırda heç bir problem görmürəm, amma Gəmlikdə tədbir görülməlidir. və bu yaşayış sahəsi zəlzələyə davamlı olmalıdır. Bu şəhərin yerləşdiyi yer çox təhlükəlidir və birbaşa Gəmlik qırağındadır”,-deyə professor əlavə edib.
Oxşar xəbərlər
Arda Turan və Muslera kimi məşhurlara qarşı dələduzluq edən şəxslə bağlı yeni DETALLAR - FOTO
Türkiyədə, ölkə futbounun tanınan simalarına - Arda Turan, Emre Belözoğlu, Fernando Muslera kimi şəxslərə qarşı dələduzluq iddiası ilə həbs edilən özəl bankın ş...