Mehmet Ali Erbilin 41 yaş kiçik sevgilisi puluna görə onunla birlikdədir? - AÇIQLAMA - FOTO/VİDEO
Ötən gün məşhur şoumen Mehmet Ali Erbil gənc sevgilisi Gülseren Ceylanla kəbin kəsdirib.
BAKU.WS xəbər verir ki, onun sevgilisi ilə aralarında 41 yaş fərqi olmağı müzakirələr yaradıb.
Bəziləri Gülserenin Erbilin puluna görə yanında olduğunu qeyd edib. Bundan sonra şoumenin gənc sevgilisi video yayaraq pula görə deyil, Erbili həqiqiətən sevdiyi üçün yanında olduğunu deyib:
"Bu günə qədər yaşadığım bütün münasibətlərimdə ən çox sevilən tərəf mən olmuşam. Buna çox əhəmiyət verən biriyəm. Ən çox sevilən tərəf mən olmalıyam. Sizin də bildiyiniz kimi, Erbil bu günə qədər 4 dəfə ailə qurub. Amma mənimlə evlənmir. Əgər məsələ həqiqətən pul olsaydı, mən pula görə heç vaxt bu vəziyyətə düşməzdim. Ondan tez ayrılardım. Lakin mən onu həqiqətn sevdiyim üçün buradayam".
Oxşar xəbərlər
Mehmet Ali Erbil 41 yaş kiçik sevgilisi ilə kəbin kəsdirdi - FOTO
Məşhur şoumen Mehmet Ali Erbil evlilik yolunda ilk addım atıb. BAKU.WS xəbər verir ki, o uzun müddətdir eşq yaşadığı və küsüb-barışdığı sevgilisi Gülseren Ceyl...