Mayk Tayson ikinci dəfə təcavüzdə ittiham olunur
25
yan
2023
13:59
Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson ikinci dəfə təcavüzdə ittiham olunub.
BAKU.WS-in xəbərinə görə, bu barədə "Daily Mail" qəzetinin məlumatında bildirilir.
Adı açıqlanmayan qadın iddia edir ki, hadisə 1990-cı illərin əvvəllərində ABŞ-nin Olbani şəhərində baş verib.
Bildirilib ki, boksçu onu rəfiqəsi ilə limuzinə dəvət edib və maşında zorlayıb.
Qadın 5 milyon dollarlıq təzminat tələb edir.
Xatırladaq ki, Mayk Tayson 1992-ci ildə gözəllik müsabiqəsinin iştirakçısı olmuş qadını zorladığına görə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
6 yaşında öldürülən gözəllik kraliçasının sirlərlə dolu ölümü! - Polis yeni araşdırmaya başladı - FOTO
Cəmi 6 yaşında gözəlliyinə görə bir çox mükafatlar qazanan uşaq gözəllik kraliçası ConBenet Ramsey 26 il əvvəl evində vəhşicəsinə qətlə yetirilib. BAKU.WS Haber...