Təyyarədə sərnişini döyən Taysonun xahişini məhkəmə nəzərə aldı

Təyyarədə sərnişini döyən Taysonun xahişini məhkəmə nəzərə aldı
Siyasət 341

Təyyarədə sərnişini döyən boks üzrə keçmiş mütləq dünya çempionu Mayk Taysonun taleyi məlum olub. Bu barədə prokuror Stiven Vaqstaff məlumat verib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, 55 yaşlı keçmiş idmançıya təyyarədə davaya görə ittiham irəli sürülməyəcək.

“Qərar qarşıdurma zamanı yaranan şəraitə əsaslanır ki, buna hadisədən əvvəl zərərçəkmişin davranışı, Tayson və zərərçəkmiş arasında qarşılıqlı münasibət, eləcə də hər iki tərəfin bu işdə ittiham irəli sürməmək xahişləri daxildir”, – deyə prokuror açıqlama verib.

San-Fransiskodan Floridaya uçan təyyarədə baş verən insidentlə bağlı aprelin 21-də məlumat verilmişdi. Yola düşməzdən əvvəl Tayson pərəstişkarları ilə şəkil çəkdirib. Onlardan birinin israrla idmançı ilə danışmağa çalışması onu qəzəbləndirib. Nəticədə boksçu sərnişinin üzünə bir neçə zərbə endirdikdən sonra təyyarədən enib.

Son xəbərlər