Dünya çempionu kosmosa uçacaq
Boks üzrə ağır çəkidə hazırkı dünya çempionu Tayson Fyuri kosmosa uçmağı planlaşdırır.
BAKU.WS report-a istinadən xəbər verir ki, britaniyalı idmançı bu barədə "The Sun" nəşrinə açıqlamasında deyib.
32 yaşlı boksçu bildirib ki, bu, onun çoxdankı arzusudur: "Həmişə aya baxıb, nə vaxtsa ora uçmaq istədiyimi düşünmüşəm. Bu il bir şirkətdən kosmik səyahətə yazılma fürsəti yarandı. Hesab edirəm ki, 2021-ci ilin ortalarında uçacağıq. Siyahıda birincilərdən olacağam. Ümid edirəm ki, alınacaq. Çünki gözləyə bilmirəm".
Qeyd edək ki, indiyədək peşəkar rinqdə 31 döyüş keçirən Tayson Fyuri cəmi bir dəfə heç-heçə edib. O, digər bütün görüşləri qələbə ilə başa vurub.
Oxşar xəbərlər
Günəş enerjisi ilə işləyən təyyarə ilk dəfə stratosferə qalxacaq - FOTO
İsveçrəli pilot Rafael Domyan yaxın gələcəkdə olduqca iddialı və innovativ layihəyə imza atmağa hazırlaşır. O, Günəş enerjisi ilə işləyən kiçik təyyarə ilə Yeri...