6 yaşında öldürülən gözəllik kraliçasının sirlərlə dolu ölümü! - Polis yeni araşdırmaya başladı - FOTO
Cəmi 6 yaşında gözəlliyinə görə bir çox mükafatlar qazanan uşaq gözəllik kraliçası ConBenet Ramsey 26 il əvvəl evində vəhşicəsinə qətlə yetirilib.
BAKU.WS Haber Türk-ə istinadən xəbər verir ki, kiçik qız əlləri bağlı şəkildə boğularaq öldürülüb.
Bu hadisədən 26 il keçsə də, qətlin günahkarı tapılmayıb, yalnız şübhələr və nəzəriyyələr qalıb. Son zamanlar isə Boulder Polis İdarəsi faktla bağlı yeni araşdırmalara başlayıb.
6 yaşlı Ramseyin hekayəsi 1996-cı ildən başlayır. Con öləndə arxasında bir məzardan daha artığını qoydu: şübhə və qaranlıq... Bəs uşaq gözəllik kraliçası ConBenet Ramsey necə öldü?
Hər şey 1996-cı ildə ölü tapılan balaca qızla başladı...
1990-cı ildə anadan olan Con 6 yaşında Amerika uşaq gözəllik kraliçası seçildi və hətta ölümünə qədər "Little Miss Merry Christmas", "Little Miss Sunburst", "Tiny Miss Beauty", "Little Miss Kolorado" kimi gözəllik mükafatlarını alıb.
Kiçik qızın gözəlliyi və erkən populyarlığı ilə onu parlaq bir gələcək gözləyirmiş kimi görünürdü. Əslində, balaca Con üçün bu yolu seçən onun anası Patsy Ramsey idi, çünki o da keçmiş gözəllik kraliçası olub.
Təqvimlər 1996-cı ili göstərəndə gözlənilməz bir hadisə baş verdi. Dekabrın 26-da səhər Conun valideynləri qızı üçün 118 min dollar tələb edən qəribə bir fidyə kağızı tapdılar.
Balaca qız boğularaq öldürülmüşdü
Maraqlıdır ki, qızın cəsədi ata Conun polisə xəbər verməsindən düz 7 saat sonra onların evinin zirzəmisində tapılıb. Balaca qız ağzı yapışqanla örtülü, biləyi naqillə bağlanmış və üzəri ağ yorğanla örtülü vəziyyətdə tapılıb. Evdə olduğu bilinən yeganə insanlar Con, Patsi və o zaman 9 yaşında olan qardaşı Burke idi.
Tibbi ekspertiza rəyində ConBenet Ramseyin boğularaq öldüyü məlum olub. Bundan başqa onun başında 8,5 düymlük kəllə sınığı olub. Bu ölüm qətl hesab edilirdi.
Fidyə qeydinin ConBenetin anası Patsi tərəfindən yazılmış olduğu ortaya çıxdı və hər iki valideyn qətli ört-basdır etməyə kömək etdiklərinə dair şiddətli iddialarla üzləşdilər. Valideynlərin polislə əməkdaşlıq etmək istəməməsi, ziddiyyətli ifadələri onları hədəfə çevirən digər detallardandır.
Heç bir ipucu tapılmadı
Lakin qızın şalvarında naməlum üçüncü şəxsə məxsus DNT aşkar edildikdən sonra hər iki valideyn təmizə çıxdı. Bu DNT ev sakinlərininki ilə uyğun gəlmədi və kimə aid olduğu heç vaxt tapılmadı.
2006-cı ildə Ramseyin qatili olduğu iddia olunan keçmiş məktəb müəllimi Con Mark Karr, qətldən 10 il sonra Taylandda tapıldı, lakin Karrın etirafı ilə həll olunmuş kimi görünən iş yenə Karrın DNT testləri və ziddiyyətli ifadələri ilə sonu görünməyən yola girdi...
Oxşar xəbərlər
Ukraynada öldürülən Rusiya ordusunun 10 yüksəkrütbəli zabiti kimdir? - DOSYE
Ukraynada hərbi əməliyyatlar başlayandan bu günə qədər Rusiya Silahlı Qüvvələrinin 4 generalı və 3 polkovniki öldürülüb. Rusiya ordusunun ali komandanlığının öl...