Masallıda yollar təmir olunacaq - 1 milyonluq LAYİHƏ
16
may
2025
11:49
Masallı şəhərinin yollarında əsaslı təmir işləri aparılacaq.
BAKU.WS-in əldə etdiyi məlumata görə, bununla bağlı Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər üzrə nümayəndəliyi tender elan edib.
Tikinti və təmir işlərinin ümumi dəyəri təxminən 997 min manat olaraq qiymətləndirilir.
Təmir işləri N.B.Vəzirov və Musa Nağıyev küçələrini əhatə edəcək.
Layihənin həyata keçirilməsi nəticəsində Masallı şəhərinin əsas küçələrində hərəkət daha rahat və təhlükəsiz olacaq.
Oxşar xəbərlər
Dövlət Departamenti Konqresi Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırıb
ABŞ Dövlət Departamenti Konqresə Azərbaycanın "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərdən azad edilməsinin müddətinin uzadılm...