“Maps.me” şirkətindən Azərbaycana qarşı böyük təxribat - FOTO

15
fev
2019
11:39
Məşhur “maps.me” offlayn xəritədə Azərbaycan əraziləri Dağlıq Qarabağ Respublikası kimi göstərilib.BAKU.WS xəbər verir ki, xəritədə Dağlıq Qarabağın ayrıca Respublika kimi qeyd olunması Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır. Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərini xəritədə düzgün göstərməyən “maps.me” beynəlxalq hüquq normalarını kobud şəkildə pozub. Məsələ ilə bağlı BAKU.WS Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib. Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, “Maps.me” oflayn mobil xəritə tətbiqində Azərbaycanın tarixi ərazilərinin “Dağlıq Qarabağ Respublikası” kimi təqdim olunmasına etiraz əlaməti olaraq, səhvin düzəldiməsi ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qarşı tərəfə müraciət ünvanlanıb. Qeyd olunan məsələnin diplomatik kanallar vasitəsi ilə həll olunmasına dair Xarici İşlər Nazirliyinə də müraciət olunub.ŞahinBAKU.WS


Oxşar xəbərlər
Dayanıqlı İnkişafa dair Bakı Forumunda "Bakı prinsipləri" qəbul edilib
Dayanıqlı İnkişafa dair Bakı Forumunda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milli səviyyədə inteqrasiyası və onların icrasının sürətləndirilməsinə dair "Bakı p...
