Alpinistlərin rabitə vasitələri ilə axtarışına dair Nazirlikdən RƏSMİ CAVAB
06
yan
2018
14:44
"Gilavar" - hava və ekstrim idman klubunun üzvlərinin rabitə vasitələri əsasında yerlərinin müəyyən edilməsinə dair Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət daxil olmayıb.BAKU.WS-in məlumatına görə, bunu Trend-in sorğusuna cavab olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.Nazirlikdən verilən məlumatda qeyd olunur ki, dekabrın 23-də Tufandağ istiqamətində yürüşə çıxan və itkin düşən "Gilavar" - hava və ekstrim idman klubunun üzvlərinin rabitə vasitələri əsasında yerlərinin müəyyən edilməsinə dair Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət daxil olmayıb:"Eyni zamanda, qeyd etmək istərdik ki, həmin şəxslərin sonuncu dəfə hansı məntəqədə rabitə vasitələrindən istifadəsini, baza stansiyası ilə rabitə qurğusuna qədər olan məsafəni müəyyən etmək üçün Nazirliyin və tabelindəki telekomunikasiya müəssisələrinin araşdırma aparmağa texniki imkanları yoxdur. Əlavə olaraq qeyd etmək lazımdır ki, bu cür araşdırma işlərinin aparılması hüquq-mühafizə orqanlarının səlahiyyətindədir".Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.BAKU.WS
Oxşar xəbərlər
İtkin düşən alpinistlərin dostlarından VİDEO MÜRACİƏT
Dekabrın 23-də itkin düşən "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin...