Dayanıqlı İnkişafa dair Bakı Forumunda "Bakı prinsipləri" qəbul edilib

26
okt
2018
19:52
Dayanıqlı İnkişafa dair Bakı Forumunda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milli səviyyədə inteqrasiyası və onların icrasının sürətləndirilməsinə dair "Bakı prinsipləri" qəbul edilib."Bakı prinsipləri"ndə BMT-nin İnkişaf Qrupu tərəfindən DİM-lərin icrasına dəstək üçün təqdim olunan “İnteqrasiya, Sürətləndirmə və Siyasi Dəstəyi” (MAPS) platformasının tətbiqində Azərbaycanın 2017-ci ilin may-iyun aylarında həyata keçirilmiş MAPS missiyası ilə başlayan təcrübəsinə əsaslanmaq tövsiyə olunur.DİM-lərin inteqrasiyası və onların icrasının sürətləndirilməsinə diqqət yetirməklə yanaşı, DİM-lərin maliyyələşdirilməsi və onların icrasına dair hesabatların verilməsi məsələlərini də diqqət mərkəzində saxlamaq "Bakı prinsipləri"ndə öz əksini tapıb."Bakı prinsipləri" qəbul edir ki, DİM-lərin inteqrasiyası və onların icrasının sürətləndirilməsi çoxillik prosesdir və həm Azərbaycan, həm də BMT tərəfindən uzunmüddətli və ardıcıl əməkdaşlığın təmin olunmasını şərtləndirir.BAKU.WS
Oxşar xəbərlər
Dövlət açıqladı - hər kəs bu siyahıya düşəcək
"Gələn ilin oktyabr ayında ölkədə əhalinin siyahıya alınması keçiriləcək və bununla bağlı hazırlıq işləri görülür"."Report" xəbər verir ki, bunu Dövlət Statisti...
