Dövlət açıqladı - hər kəs bu siyahıya düşəcək
26
okt
2018
15:33
"Gələn ilin oktyabr ayında ölkədə əhalinin siyahıya alınması keçiriləcək və bununla bağlı hazırlıq işləri görülür"."Report" xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dayanıqlı İnkişafa Dair Bakı Forumunda çıxışı zamanı deyib.O bildirib ki, oktyabrın 1-dən 10-dək Qəbələ rayonunda sınaq siyahıyaalınma keçirilib.T.Budaqov vurğulayıb ki, burada metodoloji materiallar, siyahıyaalınma vərəqələrinin nə dərəcədə müasir tələblərə uyğunluğu yoxlanılır:"Hazırda Qəbələ üzrə əldə edilən məlumatların hazırlanmış proqram təminatı vasitəsilə işlənməsi həyata keçirilir. Eyni zamanda, proqram təminatı da sınaqdan keçirilir".BAKU.WS
Oxşar xəbərlər
Hökumətdə boş qalan yerlərə təyinat oldu - Bu nazirlər işdən çıxarıldı - SİYAHI
Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əla...