Əhali siyahıya alınacaq: Prezident tapşırıq verdi

Əhali siyahıya alınacaq: Prezident tapşırıq verdi
Sosial 3773
 

Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, əhalinin növbəti siyahıya alınması 2019-cu il 1-10 oktyabr tarixlərində keçiriləcək.

Əhalinin siyahıya alınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə edilib.

Nazirlər Kabinetinə 2019-cu ildə əhalinin siyahıya alınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etmək, fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

BAKU.WS

Oxşar xəbərlər

Prezidentdən təhsillə bağlı vacib SƏRƏNCAM

Prezidentdən təhsillə bağlı vacib SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev bu gün "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Plan...

2965 Sosial 18:51 03 avqust 2016

Son xəbərlər