İmamoğlunun səs verdiyi qutudan Ərdoğan birinci çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib.
BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri və Millət Alyansının sədr müavini Əkrəm İmamoğlu Beylikdüzüdəki Emin Yükseloğlu Qız Anadolu İmamhatip Liseyində prezident və 28-ci dövr millət vəkili ümumi seçkiləri üçün səs verib.
İmamoğlunun səs verdiyi qutuda hazırkı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan birinci olub.
Qeyd olunur ki, İmamoğlunun da olduğu 2224 saylı seçki qutusuna 316 seçici səs verib. Saat 17.00-dan etibarən səsvermə prosesi bitdikdən sonra açılan qutuda 2 səs etibarsız sayılıb. AK Parti namizədi Prezident Rəcəb Tayyib Ərdoğan 163, Milli İttifaqın namizədi Kamal Kılıçdaroğlu 138, Ata ittifaqının namizədi Sinan Oğan isə 12 səs toplayıb.
Son anda namizədliyini geri götürən Məhərrəm İncəyə 1 səs verilib.
Oxşar xəbərlər
Türkiyə seçkilərində son rəqəmlər: Ərdoğan liderdir - YENİLƏNİR
Türkiyədə səsvermə qutularının 99,01 faizi açılıb. Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Son məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,36 faiz...