Makron hökumətə etimadsızlıq səsverməsi halında istefa verməyəcəyini bəyan edib
Fransa Prezidenti Emmanuel Makron səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalmağı planlaşdırır.
"Report" yerli mətbuata istinadən xəbər verib ki, bunu o, Səudiyyə Ərəbistanına səfəri zamanı deyib.
O, bildirib ki, parlament ölkənin hazırkı hökumətinə etimadsızlıq göstərsə belə, istefa verməyəcək.
LCI telekanalı qeyd edir ki, dövlət başçısı bu cür ehtimalları siyasi uydurma adlandırıb.
"Mən Fransa xalqı tərəfindən iki dəfə seçilmişəm və bu etimadı son saniyəyə qədər bütün gücümlə doğruldacağam", - Fransa lideri vurğulayıb.
Xatırladaq ki, Fransa parlamentində müxalifət baş nazir Mişel Barnyeyə etimadsızlıq votumu irəli sürüb və prezident Emmanuel Makronun istefasını tələb edəcək.
Oxşar xəbərlər
Qırğızıstan səfiri: "Azərbaycanın "vahid 6" formatına keçidindən məmnunuq"
Baku TV-nin "Rəsmilər" verilişinin budəfəki buraxılışının qonağı Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov olub. Səfir Azərbaycan-Qırğızıstan əməkda...