İlon Mask: “Axmaq” birini tapan kimi istefa verəcəyəm” - FOTO

İlon Mask: “Axmaq” birini tapan kimi istefa verəcəyəm” - FOTO
Foto
Siyasət 322

Tviterin yeni sahibi İlon Mask Şirkətin idarəçiliyini öz üzərinə götürəcək bir “axmaq” tapan kimi istefa verəcəyini açıqlayıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Mask sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, bu işi öhdəsinə götürəcək axmaq birini tapan kimi CEO vəzifəsindən gedəcək.

“Bundan sonra yalnız proqram təminatı və server komandalarını idarə edəcəm”, - deyə o əlavə edib.

Xatırladaq ki, İlon Mask bazar günü tviterin baş direktoru vəzifəsindən istefa verib-verməməsi ilə bağlı sorğu keçirdərək nəticələrlə razılaşacağını bildirmişdi. Sorğunun nəticələrinə görə, iştirakçıların 57,5 ​​faizi Maskın istefasına səs vermişdi.

Oxşar xəbərlər

İlon Mask bir günə 17 milyard dollar itirib

İlon Mask bir günə 17 milyard dollar itirib

Elektrik avtomobilləri istehsal edən “Tesla”nın işçilərininin 10 fazini ixtisar etməsi ilə bağlı yayılan xəbərlər şirkətin səhmlərinin aşağı düşməsinə səbəb olu...

123 Siyasət 09:37 05 iyun 2022

Son xəbərlər