İlham Əliyev Qubadlıda erməni dilində kənd adı yazılmış lövhəni sökdürdü - VİDEO

İlham Əliyev Qubadlıda erməni dilində kənd adı yazılmış lövhəni sökdürdü - VİDEO
Video
Siyasət 560

Prezident İlham Əliyev ötən gün işğaldan azad edilən Qubadlı rayonunun Qəzyan kəndinə səfəri zamanı ermənicə kənd adı yazılmış lövhəni görüb və onu sökdürüb.

Dövlət başçısı özü avtomobili idarə edərkən həmin lövhəni görüb və “ermənicə nəsə yazıblar orada” deyərək avtomobili saxlayıb. Daha sonra isə həmin lövhə sökülüb. Prezident lövhəni tapdalayıb.

Qeyd edək ki, işğalçılar Qarabağın işğal edilmiş ərazilərində bütün kənd, qəsəbə və şəhər adlarını dəyişdirmişdi, onları bu torpaqlarla heç bir bağlantısı olmayan erməni toponimləri ilə adlandırmışdı.

Son xəbərlər