İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib

09
sen
2019
22:35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri Giorgi Qaxariyanı təbrik edib.Məktubda deyilir:Hörmətli cənab Baş nazir,Gürcüstanın Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.Azərbaycan ilə Gürcüstanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir. İnanıram ki, bu xoş ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz və strateji tərəfdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.Sizə ən xoş arzularımı yetirir, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Oxşar xəbərlər
İlham Əliyev Sooronbay Jeenbekovu təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qırğız həmkarı Sooronbay Jeenbekovu təbrik edib. BAKU.WS xəbər verir ki, təbrik məktubunda belə deyilir: "Qır...
