İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

24
iyl
2019
19:12
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consona təbrik məktubu ünvanlayıb.BAKU.WS xəbər verir ki, təbrik mətnində deyilir:"Hörmətli cənab Baş nazir,Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Bu mənada qarşılıqlı səmərəli əməkdaşlığımız məmnunluq doğurur.Neft-qaz hasilatı və nəqli sahəsindəki əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Enerji sektorunda uzun illərdən bəri müvəffəqiyyətlə davam edən birgə fəaliyyətimiz, gerçəkləşdirdiyimiz irimiqyaslı transmilli layihələr qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfədir.İnanıram ki, qarşılıqlı maraqlarımıza uyğun olaraq Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərin inkişafı istiqamətində Sizinlə birgə səylər göstərəcəyik.Sizə ən xoş arzularımı yetirir, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Aİ Şurası və Avropa Komissiyasının prezidentlərini təbrik edib
Prezident İlham Əliyev Avropa Komissiyasının yeni seçilmiş Prezidenti Ursula Fon der Lyayenə təbrik ünvanlayıb.BAKU.WS xəbər verir ki, təbrikdə deyilir: "Hörmət...
