İlham Əliyev: "Ermənistanın yolun guya blokada şəraitində olması barədə iddiaları yalandır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Ermənistanın yolun guya blokada şəraitində olması barədə iddiaları yalandır".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə telefon danışığı zamanı deyib.
Telefon danışığı əsnasında Azərbaycanın ərazisində olan Xankəndi-Laçın yolundakı vəziyyət müzakirə olunub.
Dövlət başçısı bildirib ki, Ermənistanın yolun guya blokada şəraitində olması barədə iddiaları yalandır, yolda Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə və eləcə də digər humanitar yüklərin sərbəst hərəkəti təmin olunur.
Oxşar xəbərlər
Azərbaycan və Almaniya prezidentləri arasında telefon danışığı olub
Yanvarın 13-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. BAKU.WS xəbə...