Latviya-Rusiya sərhədində 1250 yük maşını dayandı

17
iyl
2022
17:40
Latviyadan Rusiyaya çıxışda, dövlət sərhədində yük maşınlarının növbəsi yaranıb. Məlumata görə, 1250 yük maşını Rusiyaya daxil olmaq üçün gözləyir.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, avtomobillərin 850-si Terexovo sərhəd-keçid məntəqəsində, qalanları isə Qrebnevoda toplaşıb.
Qeyd edək ki, maşınların bu sərhəd məntəqələrində gözləmə müddəti artıq altı günə çatır. Bildirilir ki, Ukraynada müharibə başlayandan Rusiya gömrük xidmətləri ilə əlaqə kəsildiyi üçün məlumat mübadiləsinin olmaması ciddi problemlər yaradır.
Oxşar xəbərlər
Ukraynada öldürülən Rusiya ordusunun 10 yüksəkrütbəli zabiti kimdir? - DOSYE
Ukraynada hərbi əməliyyatlar başlayandan bu günə qədər Rusiya Silahlı Qüvvələrinin 4 generalı və 3 polkovniki öldürülüb. Rusiya ordusunun ali komandanlığının öl...