“Laçın” SBM gücləndirilmiş iş rejiminə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağı tərk edərək, Ermənistana gedən erməniəsilli şəxslərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən (SBM) sərbəst keçidi üçün şərait yaradılır.
Ərazidə sıxlıq müşahidə olunur.
APA-nın Laçına ezam olunan əməkdaşı xəbər verir ki, onlar SMB-dən keçərək Gorus istiqamətində hərəkət edirlər.
Qarabağı tərk edib, Ermənistana gedən ermənilərin sayı çox olduğundan “Laçın” SBM gücləndirilmiş iş rejimində çalışır. Ermənilərin köçü gecə boyu da davam edib.
Qarabağı tərk edən ermənilərin çoxluğu səbəbindən Ermənistan ərazisində də sıxlıq müşahidə olunur.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...