Kurqan bölgəsində vəziyyət daha da pisləşir - 19 min nəfər evsiz qala bilər

Rusiyanın Kurqan bölgəsində 19 mindən çox insanın mənzilini su basa bilər.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 4311 yaşayış binasının, 5011 bağ evi üçün torpaq sahəsinin yerləşdiyi, 3749-u uşaq olmaqla 19003 nəfərin yaşadığı 62 kənddə sel təhlükəsi yüksəkdir.
Əvvəlcə 18,7 min nəfərin mənzilini su basması ehtimalı var idi, lakin sonradan proqnoz daha da pisləşdi.
Qeyd edək ki, Rusiyanın Orenburq vilayətində baş verən sel fəlakəti zamanı Orsk şəhərində bəndlər partlayıb.
Daha sonra 310 min əhalisi olan Kurqanda çay kənarındakı məhəllələrdə yaşayanlara sel sularının qısa müddətdə şəhərə çatacağı təqdirdə ərazini tərk etmələri barədə xəbərdarlıq edilib.
Oxşar xəbərlər
Orskda daha bir bənd uçub, sakinlər təxliyə olunur - VİDEO
Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində Lesotorqovı kəndi yaxınlığında daha bir bənd dağılıb. BAKU.WS Tass-a istinadən xəbər verir ki, kəndin sakinləri t...
