Ural çayında bəndin dağılması Orsk şəhərini bu hala saldı - FOTO/VİDEO

Ural çayında bəndin dağılması Orsk şəhərini bu hala saldı - FOTO/VİDEO
Foto Video
Siyasət 2

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərinin yaxınlığındakı Ural çayında su bəndinin dağılıb.

Bəndin dağılması nəticəsində Orsk şəhəri subasmaya məruz qalıb.

Şəhər ərazilərdən 3 mindən çox insan təxliyə edilib.

Qeyd edək ki, 2400-dən çox yaşayış binası və 3065-dən artıq həyətyanı sahə su altında qalıb, həmçinin azı 11 min ailə təsərrüfatı təhlükə altındadır. Fəlakət zonasında 11 müvəqqəti yaşayış məntəqəsi yaradılıb. Hadisə yerində xilasedicilər işləyirlər.

Son məlumata görə, Orskda daşqın nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Kütləvi informasiya vasitələri daşqın zonasında çoxlu sayda polis əməkdaşının və Rusiya Milli Qvardiyasının üzvlərinin olduğunu yazır. Təhlükəsizlik qüvvələri evləri dolaşır, evakuasiyaya kömək edir və çıxmaq istəməyənləri razı salır.

Son xəbərlər