Orskda daha bir bənd uçub, sakinlər təxliyə olunur - VİDEO

Orskda daha bir bənd uçub, sakinlər təxliyə olunur - VİDEO
Video
Siyasət 2

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində Lesotorqovı kəndi yaxınlığında daha bir bənd dağılıb.

BAKU.WS Tass-a istinadən xəbər verir ki, kəndin sakinləri təcili olaraq təxliyə olunur.

Hadisədən iki saat əvvəl Orsk administrasiyası bəndin bütövlüyünün pozulduğu və suyun yaşayış binalarına yaxınlaşmağa başladığı barədə xəbərdarlıq edib.

“Bizə Lesotorqovı kəndi yaxınlığında bənd gövdəsinin bütövlüyünün pozulması barədə operativ məlumat daxil olub. Daşqın səbəbindən hidrotexniki qurğunun vəziyyətini qiymətləndirmək mümkün deyil. Ciddi fəsadların qarşısını almaq üçün kənd sakinləri təcili olaraq təxliyə edilməlidir”, - meriyadan bildirilib.

Daha sonra Lesotorqovı kəndindəki bəndin üzərinə qum torbaları qoyulmağa başlanıb.

Son xəbərlər