Rusiya küçələrində skuterlərin sürülməsi qadağan edilə bilər

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz Telegram hesabında küçələrdə elektrikli skuter sürməyin tamamilə qadağan edilməsi ilə bağlı sorğu başladıb.
BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Dövlət Duması birinci oxunuşda elektrik skuterlərin sürülməsi zamanı qanun pozuntuların qarşısının alınması üçün cərimələrin tətbiq edilməsi ilə bağlı qanun layihəsini qəbul edib.
"Bununla yanaşı bu cür nəqliyyat vasitələrinin küçələrdə sürülməsinin tamami ilə qadağan edilməsi ilə bağlı təkliflər gəlir", - deyə spiker Telegram hesabındakı sorğuya şərh olaraq yazıb.

Oxşar xəbərlər
Rusiyalı deputatlar tənbeh olundular: "Gizlincə istifadə edirsiniz?" - VİDEO
"Gizlincə istifadə edirsiniz?" BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin iclas zamanı energetik içki...