KTMT-dən Qarabağ AÇIQLAMASI: Birgə səylər nəticəsində...

KTMT-dən Qarabağ AÇIQLAMASI: Birgə səylər nəticəsində...
Siyasət 488
Beynəlxalq vasitəçilərin və region ölkələrinin birgə səyləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı dialoqun fəallaşmasına, həmçinin gərginliyin azalmasına səbəb oldu.Trend-in məlumatına görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş qərargahının rəisi general-polkovnik Anatoli Sidorov Yerevan-Moskva-Minsk-Bişkek-Astana videokörpüsü zamanı deyib.O bildirib ki, Azərbaycan və Errmənistan rəhbərliklərinin müntəzəm görüşləri sülh prosesi üçün zəruri olan şəraitin yaradılmasına və etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin görülməsi üzrə müəyyən razılaşmaların əldə olunmasına imkan verdi: "Son onilliklər ərzində ilk dəfə olaraq yüksək səviyyədə birbaşa təmas quruldu".Ermənistan tərəfindən Rusiya istehsallı Su-30SM çoxfunksiyalı qırıcıların alışının KTMT-nin sərhədlərinin təhlükəsizliyinə nə dərəcədə təsir göstərəcəyinə gəlincə, A.Sidorov təşkilatın üzv dövlətlərinin rəhbərləri tərəfindən qəbul edilən qərarı şərh edə bilməyəcəyini vurğulayıb.Xatırladaq ki, Rusiya və Ermənistan Su-30SM qırıcı təyyarələrinin tədarükü haqqında müqavilə bağlayıblar.BAKU.WS

Oxşar xəbərlər

XİN KTMT baş katibinin açıqlamasına cavab verdi

XİN KTMT baş katibinin açıqlamasına cavab verdi

Кollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) baş katibinin vəzifə səlahiyyətindən sui-istifadə edərək Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aç...

924 Siyasət 14:54 22 sentyabr 2018

Son xəbərlər