Kremlin ideoloqundan Putinin Qarabağa görə 3 şərt qoyması ilə bağlı AÇIQLAMA
10
noy
2017
10:50
Kremlin ideoloqu filosof, publisist Aleksandr Duqin Rusiya prezidenti Vladimir Putinin Qarabağın 5 rayonunun Azərbaycana qaytarılması üçün 3 şərt irəli sürməsi barədə yayılan xəbərlərə münasibət bildirib.BAKU.WS-in məlumatına görə, tanınmış politoloq Elxan Şahinoğlu bir neçə gün əvvəl bəyan edib ki, inandığı etibarlı qaynaqdan əldə etdiyi məlumata görə birinci şərt Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmasıdır. İkinci şərt, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt, Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir.Aleksandr Duqin minval.az saytına müsahibəsində bildirib ki, o, Qarabağ problemi ilə məşğul olsa da bu şərtlər barədə dəqiq məlumatı yoxdur.“Prezidentimiz yüksək səviyyəli görüşlərindəki danışıqlar mövzusu ciddi şəkildə gizli saxlanılır. Əgər belə şərt varsa, Moskva tərəfindən irəli sürülmüş çox radikal şərtlərdir. Amma bizim prezident praqmatikdir. Açıq görünür ki, biz 5 rayonun azad edilməsinin tərəfdarıyıq. Təbii ki, biz Azərbaycanı AİB və KTMT-də görmək istəyirik. Amma bu, suveren Azərbaycanın qərarı ilə olmalıdır”, - deyə A.Duqin bildirib.3 şərtin qoyulması məsələsinin Ərdoğan-Putin görüşündən əvvəl yayılması diqqət çəkib.Lakin Aleksandr Duqin bildirib ki, Qarabağ münaqişəsi Azərbaycan xalqının azad iradəsi ilə Putin ilə Əliyev arasında müzakirə olunur.“Vladimir Putin həmişə sübut edib ki, Azərbaycanın müstəqilliyinə, azadlığına və suverenliyinə hörmət edir. Türkiyə ilə Bakının iştirakı olmadan Ankara ilə heç bir danışıqlar aparmayacağıq”, - deyə Duqin bildirib.
Kremlin ideoloqu onu da bildirib ki, Ermənistanın ağlı başında olan siyasətçiləri 5 rayonunun qaytarılması ssenarisi ilə razılaşıblar.“Bu məsələ üçtərəfli görüşlərdə dəfələrlə müzakirə olunur. Burada yeni və gözlənilməz heç nə yoxdur. Ermənistan mətbuatı 5 rayonun qaytarılmasıni Ermənistan mətbuatı məğlubiyyət, Azərbaycan tərəfi qələbə kimi qələmə verir. Bu razılıq o mənada qələbədir ki, regionda sülh bərqərar olacaq”, - Duqin bildirib.BAKU.WS xatırladır ki, 5 rayonun qaytarılması məsələsi bir müddətdir ki, gündəmdən düşmür. Qeyd olunur ki, bu barədə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə razılığa gəlinib. Ermənistan KİV-də bu barədə ətraflı məlumatlara yer verilməsə də bu ölkənin yüksək vəzifəli siyasətçiləri ciddi mesajlar veriblər. Bu yaxınlarda Ermənistanın xarici işlər naziri Edvard nalbandyan bəyan etmişdi ki, ölkəsi 5 rayonu azad etməyə hazırdır.BAKU.WS
Oxşar xəbərlər
Putin 5 rayonu Azərbaycana qaytarmaq üçün Bakı qarşısında 3 şərt qoydu
Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması il...