Kostanyan: "Ermənistan Azərbaycan və Mərkəzi Asiyadan tədarüklər üçün enerji habı olmaq istəyir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Ermənistan Azərbaycan və Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisi və enerji resurslarının tədarükü üçün tranzit habı olmaq istəyir".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" panel sessiyasında bildirib.
Kostanyan həmçinin TRIPP (Tramp marşrutu) layihəsini qeyd edərək onun multimodal xarakterini vurğulayıb.
"Söhbət dəmir və avtomobil yollarından, eləcə də enerji infrastrukturundan - şəbəkələrdən və boru kəmərlərindən gedir. Bu kontekstdə bizim öz marağımız var: Ermənistanın enerji təchizatını şaxələndirmək və eyni zamanda Mərkəzi Asiya və Azərbaycandan daxil olan, Avropa üçün nəzərdə tutulan enerji resursları üçün tranzit qovşağına çevrilmək", - deyə o bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. Dövlətimizin...