Kostanyan: "Bakı və İrəvan arasında qarşılıqlı ixrac üzrə ilkin razılaşmalar əldə olunub"
Yeniliklərdən dərhal xəbərdar olun
"Bakı və İrəvan müzakirələr aparıb, hər iki ölkədən hansı malların ixrac edilə biləcəyi barədə ilkin razılaşmalar əldə olunub".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan azərbaycanlı jurnalistlərə bildirib.
"Ticarətə gəldikdə, bildiyiniz kimi, biz artıq Azərbaycandan benzin idxal etməyə başlamışıq. Bundan əlavə, hər iki ölkə ikitərəfli ticarətin bir hissəsi ola biləcək malların siyahılarını mübadilə edib. Ermənistan və Azərbaycandan hansı malların ixrac edilə biləcəyinə dair müzakirələr aparılıb və ilkin razılaşmalar var. Biz ümid edirik ki, bu proses başa çatdıqdan sonra rəsmi bəyanat veriləcək", - o deyib.
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Heydər Əliyev Mərkəzində "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalının rəsmi açılışı olub....