Koronavirusun qlobal iqtisadiyyata vurduğu ziyan açıqlandı
Hər keçən gün daha da geniş yayılan koronavirusun qlobal iqtisadiyyata vurduğu ziyan da artır.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, proqnozlara görə, kütləvi epidemiyanın vurduğu ziyan 1,1 trilyon dolları keçəcək.
Ümumilikdə 5 milyona yaxın şirkətin fəaliyyətinin risk altında olduğu bildirilir.
Son məlumatlara görə, Çin birjaları virus yayılandan bu günə qədər 122 milyard dollar itirib.
Çinin dünyanın ən böyük neft idxalatçısı olması səbəbindən koronavirus neft qiymətlərinə də təsirsiz ötüşməyib. Hazırda neft qiymətləri də kəskin şəkildə ucuzlaşıb və 50 dollardan da aşağı enib.
Virusa görə qlobal səviyyədə bir sıra idman turnirləri, festivallar, konfranslar və müxtəlif kütləvi tədbirlər də ləğv edilib. Bundan başqa, müqəddəs məkanlara edilən ziyarətlər də azalıb. Bu isə ölkələrin turizm sektorlarına da ciddi ziyan vurmağa davam edir.
Oxşar xəbərlər
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib - FOTO
Fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib. BAKU.WS xəbər verir ki, Azərb...