Koronavirusa yoluxan Britaniyanın Baş nazirindən YENİ XƏBƏR

Koronavirusa yoluxan Britaniyanın Baş nazirindən YENİ XƏBƏR
Siyasət 425

Bir həftə əvvəl yeni koronavirusa yoluxma ilə xəstəxanaya çatdırılan Böyük Britaniyanın Baş naziri Boris Conson xəstəxanadan evə buraxılsa da işinə qayıda bilməyəcək.

BAKU.WS xəbər verir ki, bu barədə hökumət başçısının ofisi tərəfindən yayılan bəyanatda deyilir.

Bildirilib ki, Baş nazir xəstəxanadan evə buraxılıb və Çekersdə [şəhər xaricində yerləşən iqamətgahında] sağalmaqda davam edir.

Sənəddə deyilir ki, həkimlər qrupunun tövsiyəsi ilə Baş nazir dərhal işə qayıtmayacaq:

"Müqəddəs Tomas xəstəxanasında aldığı yüksək səviyyəli yardım üçün o, hər kəsə təşəkkür etmək istəyir. Düşüncələri artıq xəstəlikdən təsirlənən hər kəsin yanındadır".

Son xəbərlər