"Kızılcık Şerbeti"nin bu aktrisası barədə qərar verildi - FOTO
Türkiyəli aktrisa Feyza Civelek "Kızılcık Şerbeti" serialında çəkilməyə davam edəcək.
BAKU.WS xəbər verir ki, narkotikə görə polis tərəfindən saxlanılan Civelekin serialdakı taleyi müzakirə obyektinə çevrilmişdi.
"Aramızda Kalmasın" proqramında onun serialda iştirakının davam etməsi məsləhət görüldüyü qeyd edilib. Aktrisaya sahib çıxan çəkiliş heyəti onun müalicəsi üçün də əllərindən gələni edəcəklərini bildiriblər.
Məlumat üçün bildirək ki, "Kızılcık Şerbeti"nin ssenari müəllifi Feyza Civelekin anası Melis Civelekdir.
Xatırladaq ki, mayın 14-də Feyza Civelek narkotik maddə sifarişi verən zaman polislər tərəfindən saxlanılıb.
Qalereya
Oxşar xəbərlər
Narkotik sifariş edən tanınmış aktrisa polis tərəfindən saxlanılıb - FOTO
Tanınmış aktrisa Feyza Civelek narkotik maddə sifarişi verən zaman polislər tərəfindən saxlanılıb. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, polislər ict...