"Kızılcık Şerbeti"nin baş rol ifaçısı üçüncü dəfə əməliyyat olunub
Yanvar ayında beyin qanaması səbəbindən iki dəfə əməliyyat olunan "Kızılcık Şerbeti"nin "Apdullah"ı aktyor Settar Tanrığen dünən yenidən əməliyyat olunub.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun müalicəsi bir müddət reanimasiyada davam edəcək.
Məlumata görə, aktyorun bu həftə xəstəxanadan buraxılması planlaşdırılırdı. Lakin müayinələrdən sonra yenidən əməliyyat olunmasına qərar verilib. Bağ ağrıları səbəbindən dünən dərhal əməliyyat olunan S.Tanrığenin müalicəsi reanimasiyada davam etdiriləcək.
Ustad aktyor yaddaşı zəiflədiyi və tez yorulduğu üçün son serialı "Kızılcık Şerbeti"ni davam etdirə bilmədiyini bildirib. Tanrıöğenlə vidalaşdıqdan sonra serialda Abdullah Ünal obrazını Ahmet Mümtaz Taylan üzərinə götürüb.
Oxşar xəbərlər
Türkiyənin reytinqli serialı FİNAL EDİR
Türkiyənin reytinqlərdə ilk yerlərdə qərarlaşan serialı "Kızılcık Şerbeti" final edir. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb serialda kimi...