Kişi mağazada keçmiş həyat yoldaşını diri-diri yandırdı - VİDEO

28
yan
2020
16:59
Rusiyada kişi keçmiş arvadını diri-diri yandırıb.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, Perm diyarının Solikamsk şəhərinin sakini keçmiş arvadının iş yerinə gedib.
O, mağazada işləyən qadına od vuraraq yandırıb.
Baş verən dəhşətli hadisə müşahidə kamerasına düşüb. Videodan göründüyü kimi bir kişi qadını itələyir. O, qadını digər otağa salır və ona od vurur.
Kişi otaqdan çıxandan bir neçə saniyə sonra qadın alovlar içində qaçmağa başlayır.
Sonradan bildirilib ki, qadın ölümcül vəziyyətdə xəstəxanaya aparılıb. Onun bədəninin 35 faizi yanıb.
Oxşar xəbərlər
Afətə maşın bağışlayan kişi ilə bağlı ŞOK sözlər: "Arvadı bilsə, gecə ilə diri-diri yandıracaq" - VİDEO
Tanınmış jurnalist Sara Safura müğənni Afət Fərmanqızı ilə bağlı qalmaqallı açıqlamalar verib.BAKU.WS xəbər verir ki, jurnalist yeniçağ-a açıqlamasında Fərmanqı...
