Kılıçdaroğlu Ərdoğana təzminat ödəyəcək - Məhkəmə qərarı

12
noy
2019
17:14
Türkiyədə Cümhuriyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında işlətdiyi təhqiramiz ifadələrə görə məhkəmə yekun qərar çıxarıb.BAKU.WS İHA-ya istinadən xəbər verir ki, məhkəmə prosesinə Ərdoğanın vəkili Tuba Sağlam Eker və Kılıçdaroğlunun vəkili Nihal Cengiz qatılıb.Nihal Cengiz məhkəmənin ədalətinə şübhə etdiyi üçün hakimin dəyişdirilməsini tələb edib.Lakin, onun tələbi rədd edilib və Kılıçdaroğlunun Ərdoğana 50 min lirə (təxminən 14 min 700 manat) mənəvi təzminat ödəməsi barədə qərar qəbul edilib.Qeyd edək ki, Kılıçdaroğluy 17 iyul 2018-ci ildə CHP-nin iclasında Ərdoğan haqqında təhqiramiz ifadələr işlətmiş, həmçinin onun karikaturasının sosial şəbəkədə paylaşmışdı.
Oxşar xəbərlər
SON DƏQİQƏ: Türkiyə Suriyadakı əməliyyatları dayandırdı
Türkiyə və ABŞ terrorçuların Suriyanın şərqində tamamilə yox edilməsi mövzusunda ortaq qərar qəbul ediblər.BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyə Prezide...
