Məhkəmə kosmetoloq Elnarə Rzayeva barədə qərar verdi – FOTO
26
may
2018
09:32
Adı müştəriləri ilə qalmaqalda hallanan kosmetoloq Elnarə Rzayeva barəsində məhkəmə qərar verdi.BAKU.WS criminalaz.com-a istinadən xəbər verir ki, Nizami rayon Məhkəməsinin hakimi Elnur Nuriyev E.Rzayevanın iddiaçılara külli miqdarda təzminat ödəməsi barədə qərar çıxarıb.İddiaya edilir ki, E.Rzayeva bir müddət öncə gözəllik mərkəzlərindən birinin sahibəsi Nigar Məmmədova və və onun bacısı Rəna Sultanova barədə sosial şəbəkələrdə təhqiramiz sözlər yazdıb, onlara qarşı böhtan xarakterli müxtəlif ifadələr işlətmişdi.
Rəna SultanovaBuna görə də bacılar Nizami rayon Məhkəməsində E.Rzayevaya qarşı şərəf, ləyəqat və işgüzar nüfuzu ləkləyən məlumatların təkzib edilməsi və 50 min manat təzminat ödənilməsi ilə bağlı iddia qaldırıb.İddiaçılar məhkəmədə bildirib ki, E.Rzayeva onaların əl işlərini öz səhifəsində paylaşmışdı. Ondan tələb edilib ki, həmin şəkilləri oradan götürsün. Bundan sonra E.Rzayeva bacıların şəkillərini sosial şəbəkələrdə paylaşıb, təhqirlər yazıb. Hətta canlı yayım vasitəsilə sahibi olduğum gözəllik mərkəzinin işçilərinə böhtan atıb, müştərilərə tətbiq edilən preparatların keyfiyyətsiz olduğunu iddia edib.
Nigar MəmmədovaMəhkəmə iddianı qismən təmin edib. Qərara əsasən E.Rzayeva sosial şəbəkələrdə iddiaçılardan üzr istəməli və on min manat təzminat ödəməlidir.Yada salaq ki, son günlər Elnarə Rzayevanın prosedurları nəticəsində ziyan görmüş insanların sayı artmaqdadır. E.Rzayevanın prosedurlarından zərər görmüş Validə Rzayeva, Aygün Məmmədova, G.O-ova, Xatirə Fərzullayeanın şikayətləri əsasında hüquq mühafizə orqanlarında araşdırma gedir. BAKU.WS
Oxşar xəbərlər
İDDİA: Səbinənin qəfil ölməyinə inanmıram, məncə, onun ölümündə kimlərinsə əli var
"Səbinənin qəfil ölməyinə inanmıram, məncə, onun ölümündə kimlərinsə əli var".BAKU.WS-in məlumatına görə, son günlər adı qalmaqallarda hallanan tanınmış kosmeto...